İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək

İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək


“Günəşli” yatağında baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışları bu gün də davam etdirilib, amma təəssüf ki, axtarış işləri saat 20:00-a olan vəziyyətə görə heç bir nəticə verməyib.

AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

N.Quliyev bildirib ki, hava proqnozlarına görə küləyin sürəti bir qədər artacaq:

“Təbii ki, küləyin sürəti nəzərə alınaraq, hava şəraitinin imkan verdiyi dərəcədə axtarışlar davam etdiriləcək. Biz ümidimizi üzmürük. İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək. Mən sizi əmin edə bilərəm”.

O vurğulayıb ki, yanğının söndürülməsi ilə bağlı işlər davam edir: “Yanğının söndürülməsi istiqamətində işlər bir an belə dayanmır. "Günəşli" yatağının yanğın baş verən 10-cu özülünə elektrik enerjisinin və rabitənin bərpası istiqamətində də işlər davam edir”.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *