Şimali Koreyanın raket buraxılışı uğursuz oldu
Şimali Koreya ortaradiuslu təsirə malik növbəti raketin sınağını həyata keçirməyə cəhd edib, amma bu buraxılış uğursuz alınıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, raketin buraxılışı yerli vaxtla səhər saat 05.20-də Kanvondo vilayətinin Vonsan şəhərinin ərazisində həyata keçirilib.
Bunun ortaradiuslu təsirə malik “Musudan” raketi olduğu ehtimal edilir. Bu qəbildən olan raket ilk dəfə aprelin 15-də sınaqdan keçirilib, amma raket havada partlamışdı, bundan sonra aprelin 28-də də iki buraxılış cəhdi olub və bunlarda uğursuz nəticələnib.
Yanvarın 6-da KXDR nüvə sınağı keçirib, fevralın 7-də BMT Təhlükəsizlik Şurasının qərarına zidd olaraq Yerin süni peyki ilə daşıyıcı-raket buraxılıb.
Cavab olaraq Təhlükəsizlik Şurası KXDR qarşı sanksiyaların sərtləşdirilməsi barədə qətnamə qəbul edib.
Mənbə:> Oxu.Az