İkinci dünya müharibəsindən qalma aviabomba tapıldı - 11 min sakin təxliyə edilir
İtaliyanın Terni şəhərinə İkinci dünya müharibəsindən qalmış Amerikaya məxsus aviabombas tapılıb.
Şəhərin 11 min nəfər əhalisi təxliyə olunmağa başlanıb. Tikinti aparılan dəmir yolu stansiyasında tapılan aviabombanın çəkisi 250 kiloqramdır. Terni şəhər meri Leonardo Latini bildirib ki, bombanın partlayış radiusu 380 metrdən 1,8 kilometrədək olduğundan 11 min sakinin həyatına ciddi təhlükə var.
Bombanın şəhərdən kənara çıxarılması planlaşdırılır. Bu isə bir neçə saat çəkəcək.
Mənbə:> Qafqazinfo.Az