Tiflisin ermənilərə tərs şilləsi » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Rəsmi, Sosial

Tiflisin ermənilərə tərs şilləsi

Tiflisin ermənilərə tərs şilləsi


Gürcüstanın xüsusi təyinatlı dəstələri bundan sonra gürcülərin və ermənilərin yaşadığı Samsxe-Cavaxke regionunda yerləşdiriləcək, orada ictimai asayişi qoruyacaq.

ANS PRESS-in məlumatına görə, dünəndən etibarən Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Samsxe-Cavaxke regionundakı Aspindza qəsəbəsində, Axalkalaki və Axalltsıx kəndlərində fəaliyyətə başlayıb. Hətta Gürcüstanın baş naziri İrakli Qaribaşvili və daxili işlər naziri Vaxtanq Qomelauri bu münasibətlə təşkil edilən təntənəli mərasimdə iştirak üçün bölgəyə gedib.

İ.Qaribaşvili Aspindze qəsəbəsində yerləşdirilən xüsusi bölmənin əsgərlərinə müraciət edərək bildirib: "Samsxe-Cavaxeti ölkəmizin yeganə bölgəsidir ki, burada xüsusi tapşırıqlar üzrə polis idarəsi indiyə qədər mövcud deyildi. Bu, təəccüb doğurur. Mən bunu daxili işlər naziri işləyərkən təsadüfən aşkar etdim. Bu gün biz Avropa standartlarına uyğun olan, müasir texnika ilə təchiz edilmiş bazaya malikik. Diqqətəlayiqdir ki, Gürcüstan hökuməti xüsusi təyinatlı dəstənin bazasını ən ciddi əməliyyatların keçirilməsi, həmçinin kütləvi qarışıqlıq yaradanlarla mübarizə üçün məhz Aspindzedə, gürcülərin çoxluq təşkil etdiyi Samsxe-Cavaxk regionunun bu qəsəbəsində yerləşdirməyə qərar verdi."

Gürcüstanın hökumət başçısı vaxtilə bu regiona rəhbərlik etmiş Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ən yaxın silahdaşlarından olan Vano Merabişvilini ittiham edib, onu Cavaxetiyada problemlərin qarşısını almamaqda, ölkənin ən əhəmiyyətli regionlarından birində polisin inzibati binasının olmasına icazə verməməkdə, bu ərazidəki obyektlərin qanunsuz zəbt edilməsində günahlandırıb.

O, Aspindzedə xüsusi bölmə əsgərlərinin ünvanına tərif deyib, ermənilərə isə üstüörtülü şəkildə mesaj göndərib: "Ümidvaram ki, burada baş verən özbaşınalıqlara son qoyulacaq."

Ümumiyyətlə, bu, regionda yaşayan ermənilər üçün bir ismarışdır. Çünki ermənilər ənənəvi xislətlərinə uyğun olaraq, yaşadıqları ərəzilərin onlara məxsus olmasını iddia etmək, yaşadıqları ərazidə çaxnaşma yaratmaq, sərsəm fikirlər səsləndirməklə məşğul olublar. Bunu nəhayətdə anlayan Gürcüstan hakimiyyətinin gələcəkdə problemlər yaşamaması, ermənilərin onlar üçün başağrısı olmaması üçün bu addımı atması müsbət qiymətləndirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *