ABŞ Suriyaya yeni zərbələr endirə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

ABŞ Suriyaya yeni zərbələr endirə bilər

ABŞ Suriyaya yeni zərbələr endirə bilər

Kimyəvi silahla bağlı insident təkrarlansa, ABŞ Suriyaya qarşı yeni zərbələr endirə bilər.

RİA Novosti bildirir ki, bunu ABŞ Nümayəndələr Palatası xarici işlər komitəsinin nümayəndəsi Ed Roys deyib.

Komitədə keçirilən dinləmələrdə çıxış edən Roys, ABŞ-ın son zərbələrinin tam qanuni və əsaslı olduğunu vurğulayıb. Belə ki, konqresmenin sözlərinə görə bu, kimyəvi silahdan istifadə etməklə həyata keçirilmiş “vəhşi hücuma” Vaşinqtonun cavabı olub.

“Əsədin bu ismarıcı anladığına inanıram. Yox əgər anlamayıbsa, yeni zərbələr endirilə bilər”, - deyə Roys bildirib.

Xatırladaq ki, aprelin 14-də ABŞ, Britaniya və Fransa Suriyanın hökumət obyektlərinə raket zərbələri endirib. Koalisiya liderləri əmin edir ki, zərbələrdə yalnız kimyəvi silahların istehsal olunduğu obyektlər hədəfə alınıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *