Sınaq uçuşu zamanı Su-27SM qırıcısının quyruğu qopdu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Sınaq uçuşu zamanı Su-27SM qırıcısının quyruğu qopdu

Sınaq uçuşu zamanı Su-27SM qırıcısının quyruğu qopdu

Rusiyada sınaq üçüşü keçirilən zaman yeni istehsal olunmuş Su-27SM qırıcı təyyarəsinin quyruq hissəsi qopub. Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, hadisə 2017-ci ilin dekabrında baş versə də, bu barədə yalnız indi bildirilib.

Hadisə uçuş sınaqlarında baş verib. Təyyarəni təcrübəli pilot Kitayev idarə edib. Qeyd olunur ki, pilotun qarşısına hərbi maşını maksimal sürətə çatdırmaq vəzifəsi qoyulubmuş. Lakin təyyarə maksimal sürətə yaxınlaşan vaxt pilot möhkəm gurultu səsi eşidib və təyyarənin korpusu sürətlə irəli atılıb.

Arxa görüntü güzgüsündən təyyarəçi müşahidə edib ki, qırıcının sol tərəfdə quyruq hissəsi qopub. Buna baxmayaraq, o, hava gəmisini yerə endirə bilib.

Artıq yerdə baş verənlərin səbəbləri araşdırılarkən məlum olub ki, təyyarə düzəldilən zaman düzgün boltlardan istifadə olunmayıb, ikincisi isə, boltlar möhkəm bağlanmayıbmış. Buna görə də, təyyarənin bir hissəsi güclü təzyiqə davam gətirməyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *