Təyyarənin pilotu uçuş zamanı öldü
“Səudiyyə hava yolları” şirkətinin birinci pilotu uçuş zamanı öldükdən sonra ikinci pilot sərnişin təyyarəsini endirməli olub.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.
Göyərtəsində 220 sərnişinin olduğu təyyarə mart ayının 1-də daxili iki saatlıq marşrut üzrə Bişadan Ər-Riyada uçurdu.
Enişə gedərkən komandir Valid bin Muhamməd əl-Muhamməd huşunu itirib. İkinci pilot Rami bin Qazi idarəetməni ələ alaraq təyyarəni endirib.
O, radioəlaqə vasitəsilə təcili yardım çağırıb. Hadisə yerinə gələn tibb işçiləri təyyarə komandirinin infarktdan öldüyünü bildiriblər.
Mənbə:> Oxu.Az