Türk komandos: "Bizi vurun, terrorçular da ölsün" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Türk komandos: "Bizi vurun, terrorçular da ölsün"

Türk komandos: "Bizi vurun, terrorçular da ölsün"


Təhlükəsizlik üzrə məşhur türkiyəli ekspert Abdullah Ağar dünən Afrində 8 türk əsgərinin şəhid olması ilə nəticələnən əməliyyatları şərh edib.

Ağar Afrində qatı duman olması səbəbindən terrorçuların aktivləşdiyini bildirib.

“Bu qatı duman hərtərəfi görünməz edib. Terror qrupları da bu fürsətdən istifadə edib tunellərdə əsgərlərimizə yaxınlaşdı. Qəhrəman komandanlardan birinin belə bir çağırışı var: Təyyarələr bizi vursun. Bizimlə bərabər terrorçular da ölsün. Düşünürəm ki, bu sözlər “Zeytun budağı” hərəkatının simvoluna çevrilməlidir”, - ekspert bildirib.

Qeyd edək ki, dünən Afrində Kəl Təpə adlanan istiqamətdə 100-dən çox YPG-çi tunellərdən qəfil türk hərbçilərinə qarşı hücuma keçib.

Nəticədə yaşanan silahlı qarşıdurmada 8 türk əsgəri şəhid olub, 26-sı yaralanıb.

Terrorçulardan isə 22-si məhv edilib, 2-si isə ələ keçirilib.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *