Afrində türk əsgərinə qarşı qurulan tələlər – FOTO
Afrində Türkiyə Silahlı Qüvvələri azad edilmiş bölgələrdə mina axtarma və təmizləmə işlərinə davam edib.
Axar.az xəbər verir ki, Afrinin düzənlik hissəsində aparılan əməliyyatlar nəticəsində müqavimət göstərə bilməyərək qaçan terrorçular türk əsgərlərinə çoxlu sayda tələlər hazırlayıb.
Məlumata görə, türk ordusu terrorçuların hazırladığı tələlər və torpağa basdırılmış partladıcı qurğuları böyük diqqətlə təmizləyib. Xüsusən Mersava bölgəsində aşkar edilmiş torpağa basdırılan partladıcı qurğuların zərərsizləşdirilməsi zamanı ən son texnoloji yeniliklərdən istifadə edən TSQ daha sonra partladıcıların təhlükəsiz ərazidə məhv edilməsi prosesini həyata keçirib.
Mənbə:> Axar.az