Serji vahiməyə salan xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Kriminal

Serji vahiməyə salan xəbər

Serji vahiməyə salan xəbər


"Kriminal avtoritet Yerordmassi Levik ləqəbli Levon Kazaryanın və onun dostlarının qətli cinayət aləmini yenidən ayağa qaldırıb."

ANS PRESS-in xəbərinə görə, Ermənistan mətbuatı yazıb ki, bu günlərdə dünyanın müxtəlif yerlərdən kriminal avtoritetlər İrəvana yığışırlar. Onlar baş verən hadisələri saf-çürük etmək və bəzi məsələlər barədə ciddi qərar vermək fikrindədirlər.

Məqalədə deyilir ki, Levon Kazaryanın qətlindən sonra onun komandası hər gün özlərinin yığıncaq keçirdikləri yerdə toplaşırlar. Onlar Levikin ABŞ-da yaşayan "qanuni oğru" qardaşı, "Pzo" ləqəbli Armen Kazaryanın gəlişini gözləyirlər. Çox ehtimal ki, Pzo Ermənistana bu həftənin sonunda gələcək.

Etibarlı mənbədən mətbuata ötürülən informasiyaya əsasən, prezident Serj Sarkisyan məhz "kriminal avtoritet"lərin İrəvana toplaşması ilə bağlı ölkədə gərgin vəziyyətin yaranacağından ehtiyatlanaraq Avrasiya İttifaqına üzv ölkələrin dövlət başçılarının sabah Qazaxıstan paytaxtı Astanada keçiriləcək görüşünə qatılmamaq qərarına gəlib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *