Şeyx Muhammed husilərə qarşı bu bədheybəti işə saldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Video

Şeyx Muhammed husilərə qarşı bu bədheybəti işə saldı – VİDEO

Şeyx Muhammed husilərə qarşı bu bədheybəti işə saldı

Yəməndə İrandan dəstəklənən husi silahlı birləşmələrinə qarşı formalaşdırılmış ərəb koalisiyasına daxil olan Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri şeyx Muhammed ben Zaid Əl Nahayan dünyanın ən güclü reaktiv yaylım atəşi sistemini ilk dəfə döyüşə atıb.

Virtualaz.org xəbər verir ki, Birləşmiş Əmirliklərin ordusu Yəməndə “Jobaria MCL” reaktiv yaylım atəşi sistemini yerləşdirib. Qurğunun Yəmənə yeridildiyini əks etdirən foto Tvitter-də yayılıb. Silah ərəb koalisiyasının Yəmənin Marib şəhərindəki bazasını husilərdən müdafiə etməlidir.

Şeyx Muhammed husilərə qarşı bu bədheybəti işə saldı


“Jobaria MCL” dünyanın ən güclü reaktiv yaylım atəşi sistemidir. O, vahid yarımqoşqu üzərində quraşdırılmış dörd buraxılış qurğusundan 122 millimetrlik reaktiv mərmilərlə bir dəfəyə 240 atış həyata keçirə bilir. Yaylım atəşinin müddəti cəmi 2 dəqiqədir, yerüstü hədəfləri vurma məsafəsi 40 kilometrdir. Qurğunu cəmi 3 nəfərdən ibarət heyət idarə edir.

İlk dəfə “Jobaria MCL” 2013-cü ildə İDEX-2013 hərbi sənaye sərgisində nümayiş etdirilib. Lakin bir çox ekspertlər qurğunu nəhəng ölçülərinə və zəif manevr qabiliyyətinə görə tənqid ediblər. Çünki qurğunun uzunluğu 29 metr, ağırlığı 105 tondur. Birləşmiş Ərəb Əmirliklərinin həbçiləri bu nəhəng reaktiv yaylım atəşi sistemini real döyüş şəraitində istifadə etməkdə israrlı olublar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *