Putinin Əsədə verdiyi “cəhənnəm silahı” belə işləyir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Putinin Əsədə verdiyi “cəhənnəm silahı” belə işləyir – VİDEO

Putinin Əsədə verdiyi “cəhənnəm silahı” belə işləyir

Suriyanın “Milli müdafiə” rəsmi kanalı Rusiyanın bu ölkəyə göndərdiyi “Solntsepyok” TOS-1A ağır odsaçan sistemlərinin işinə dair videokadrlar yayıb.

Virtualaz.org saytı xəbər verir ki, kanalın YouTube portalında yaydığı kadrlarda odsaçan sistemlərin “Qrad” reaktiv yaylım atəşi sistemi ilə birlikdə Latakiyə rayonunda yaraqlıların dağlıq ərazidə yerləşən mövqelərinə zərbələr endirdiyi əks olunur.

Bundan əvvəl radikal qruplaşmalardan biri “Solntsepyok” sistemlərinin onların mövqelərini necə vurduğuna dair kadrları yaymışdı. Bu odsaçan sistemlər dəhşətli dağıdıcı gücünə və bir yaylım atəşi ilə hektarlarla ərazidə daşı belə külə çevirmək qabiliyyətinə görə “cəhənnəm silahı” adlanır.

“Solntsepyok” odsaçan sistemləri Rusiyadan başqa ancaq Azərbaycan, Qazaxıstan və İraq ordularında var.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *