Qazaxıstanda rusiyalı hərbçilər batdı
Rusiyanın Qazaxıstanın Priozersk şəhərində yerləşən hərbi hissəsinin iki hərbçisi Karakandin vilayətində balıq tutan zaman batıb.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Priozersk şəhərindən 150 km uzaqlıqda baş verib.
Beş xilasedici, hərbi hissəsinin 15 əməkdaşı 1981-ci il və 1985-ci il təvəllüdlü hərbçilərin axtarışına cəlb olunub. Hərbçilərdən birinin cəsədi yerli əhali tərəfindən gecə 03.43 radələrində aşkarlanıb. Digər hərbçinin axtarışı davam edir.
Mənbə:> APA