F-16 qırıcılarında zorlama
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarında zorlama hadisəsi qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələrində (TSK) təlimçi pilot vəzifəsində çalışan Əli Ünsal adlı bir şəxs öyrətmək adı ilə apardığı qadınları F-16 qırıcılarında zorlayıb.
Şəxsin əməllərindən xəbər tutan TSK rəhbərliyi onu işdən çıxarıb və barəsində cinayət işi açılıb.
Əli Ünsal isə əsasız yerə işdən çıxarıldığını açıqlayıb. TSK Baş Qərargahından verilən açıqlamada isə qeyd olunub ki, həmin şəxs qadın düşküdür və təyyarələrdə hosteslərlə cinsi əlaqəyə girib. Baş Qərargahdan həmçinin bildiriblər ki, Əli Ünsalın əməllərini ifşa edən iki video da mövcuddur.
Əli ünsal isə videoların saxta olduğunu iddia edib.
Mənbə:> ANSPRESS