"Havaya atırdım, maşına dəydi" » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Video

"Havaya atırdım, maşına dəydi" – VİDEO

"Havaya atırdım, maşına dəydi"


Silahlı insident Saray qəsəbəsində baş verib. APA TV-nin məlumatına görə, Saray qəbirsanlığından açılan atəş nəticəsində "Opel" markalı, 99 CP 447 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Emil Bayramov və dostu yüngül bədən xəsarəti alıblar. Avtomobilə tərəf yaxın məsafədən "Vinçester" markalı silahdan iki atəş açılıb. Güllələr hədəfdən yayınsa da, ətrafa səpələnmiş qəlpələr nəticəsində avtomobil deşik-deşik olub. Hadisəni törədən şəxs qacıb.

Keçirilən əməliyatla həmin şəxs tutulub. Bu, qəsəbə sakini Əli Əliyevdir. Məlum olub ki, zərərçəkənlərə səhvən atəş açılıb. Bir neçə gün əvvəl Əli Əliyevlə eyni taksidə qəsəbəyə gedən başqa şəxs arasında mübahisə düşüb. Sonra həmin adam bir tanışı ilə Əli Əliyevi qəsəbədə axtarıb tapıb. Onlar Əli Əliyevi möhkəm döyüblər. Saxlanılan şəxs onlara zəng edərək yenidən görüçmək istəyib.

Dediyinə görə, görüş yeri kimi Saray qəbirsanlığı seçilib və Əli Əliyev silahı götürüb ora gedir.

İstintaqda Əliyev havaya atəş acdığını desədə bu təsdiqini tapmayıb. Güllələrin ikisinin avtomobilə dəydiyi tam təsdiqlənib. Araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *