Şəhidimizin şəkili ermənilərin profilində – FOTO
“Anti-armenia Team” adlı azərbaycanlı hakerlər qrupu yüzlərlə erməninin “Facebook” profillərinin şifrəsini sındırıb.
Aznews.info baku.ws-ə istinadən xəbər verir ki, onlar bununla kifayətlənməyərək həmin profillərə şəhid Çingiz Qurbanovun fotosunu yerləşdiriblər.
Xatırladaq ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.
Mənbə:> Baku.ws