Müdafiə Nazirliyi: “Düşmən pusquya düşdü, xeyli itki verib geri çəkildi” » AzNews.info -Xəbər portalı

Müdafiə Nazirliyi: “Düşmən pusquya düşdü, xeyli itki verib geri çəkildi”

Müdafiə Nazirliyi: “Düşmən pusquya düşdü, xeyli itki verib geri çəkildi”


Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər Ermənistanla sərhəddə, Çinari kəndi istiqamətində gedən döyüşlər barədə nəhayət rəsmi məlumat yayıb. Məlumatda deyilir:

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.

Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun bir əsgərinin cəsədinin onların nəzarətində olan ərazidə qaldığını iddia edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *