Ölən düşmənin rütbəsi bilindi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Ölən düşmənin rütbəsi bilindi

Ölən düşmənin rütbəsi bilindi


Qarabağda məhv edilən erməni kəşfiyyat-təxribat qrupunun zabitinin rütbəsi məlum olub.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, məhv edilən zabit Tiqran Simonyan Ermənistan ordusunun baş leytenantıdır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi erməni zabitin məhv edilməsi ilə bağlı məlumat yayıb. Məlumatda Ermənistanın xüsusi təyinatlı dəstəsinin komandiri də daxil olmaqla çoxsaylı itkilər verən kəşfiyyat-təxribat qrupu geri çəkilməyə məcbur edildiyi bildirilir.

Düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.

Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb.
Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *