Cəbhədə döyüşlər qızışdı: Düşmən xeyli sayda itki verdi
Oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycan ordusunun bir hərbi qulluqçusu yaralanıb. “Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir”, - deyə açıqlamada bildirilir.
Mənbə:> Oxu.Az