Yəmən sahillərində raket atəşinə tuş gələn Pakistan gəmisi batıb » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Hadisə

Yəmən sahillərində raket atəşinə tuş gələn Pakistan gəmisi batıb

Yəmən sahillərində raket atəşinə tuş gələn Pakistan gəmisi batıb

Yəmən sahillərində raket atəşinə tutulan Pakistan gəmisi batıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, dekabrın 22-də, The Daily Pakistan nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, “MV Jouya” gəmisi Misirdən Dubaya üzürdü. Sahildən atılan raket gəmiyə tuş gəlib. Nəticədə göyərtədə yanğın başlayıb və “MV Jouya” batıb.

İnsident zamanı yalnız Kabir adlı matros xilas olub. O suya tullanaraq sahilə qədər üzüb. Gəminin kapitanı da daxil olmaqla digər yeddi nəfər ekipaj üzvü həlak olub.

Raketin kimin tərəfindən buraxıldığı hələlik müəyyən edilməyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *