Türkiyədə yaşayış məntəqələri raket atəşinə tutuldu
Ölən və yaralananlar var.
Türkiyənin Kilis şəhərinin yaşayış məntəqələri raket atəşinə tutulub.
Oxu.Az Milliyyet-e istinadən xəbər verir ki, hücum zamanı 1 nəfər ölüb, daha 7 nəfər yaralanıb.
Nəşrin məlumatına görə, şəhər Suriyada İŞİD-in nəzarət etdiyi ərazilərdən atəşə tutulub. Kilisin mərkəzinə 4 raket mərmisi düşüb.
Mənbə:> Oxu.Az