Türkiyə sahillərində miqrantları daşıyan bərə batıb: 18 ölü
Egey dənizinin Türkiyə sahillərində miqrantları daşıyan bərə çevrilib, 18 nəfər ölüb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, faciə cümə günündən şənbəyə keçən gecə baş verib. Bərə Yunanıstanın Kalimnos adasına istiqamətlənirdi.
Məlumat verilir ki, Türkiyə Sahil Mühafizə xidmətinin əməkdaşları 14 nəfərin həyatını xilas edə biliblər.
Qeyd edilir ki, gəminin göyərtəsində əsasən qaçaq yolla Yunan adalarına keçməyə çalışan suriyalı, iraqlı və pakistanlı qaçqınlar olub.
Mənbə:> Oxu.Az