Ramzan Kadırov: Qroznıda xüsusi əməliyyat başa çatıb
Çeçenistanın paytaxtı Qroznı şəhəri ətrafında həyata keçirilən xüsusi əməliyyat nəticəsində 7 silahlı məhv edilib, 4-ü saxlanılıb.
APA xəbər verir ki, bu barədə özünün “Instagram” səhifəsində Çeçenistan rəhbəri Ramzan Kadırov yazıb.
“Qroznı şəhəri və onun ətrafında xüsusi əməliyyat başa çatıb. 7 silahlı məhv edilib, 4-ü saxlanılıb”, - R.Kadırov yazıb.
Bundan əvvəl güc strukturları tərəfində dünən axşam polislərə hücum edən silahlı qrup üzvlərinin axtarıldığı bildirilirdi.
Mənbə:> APA