Kadırov: Çeçenistan başçısı vəzifəsində mənim vaxtım başa çatdı
Çeçenistan prezidenti Ramzan Kadırov tutduğu vəzifədə onun vaxtının başa çatdığını və dövlətin başqa adam tapmalı olacağını bildirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Kadırov bu barədə NTV telekanalının “Mərkəzi televiziya” verilişinə müsahibəsində deyib.
“Düzünü desəm, mən işimi görürəm və məndə bu günə kimi alınırdı. Mənim adımı mənim xalqıma qarşı istifadə etməsinlər deyə, hesab edirəm ki, dövlət başqa adam tapmalıdır. Mən deyirəm — mənim vaxtım başa çatıb. Bizim komandada savadlı mütəxəssislər çoxdur”, — Kadırov bəyan edib.
O, həmçinin bildirib ki, hər bir insanın həddi var. “Bu zirvədir. Bax bu, Kadırov üçün zirvədir”, — Çeçenistan rəhbəri deyib.
Mənbə:> Oxu.Az