Azərbaycanın "ağıllı" bombaları: zirehli texnikanı da məhv edir – FOTO
Bu yaxınlarda Bakıda keçirilən “ADEX 2016” sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi aviasiya bombaları nümayiş etdirilib.
Azvision.az xatırladır ki, MSN müəssisələri tərəfindən istehsal olunan bombalar düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.
Bunlar təyyarə və helikopterdən atılan bombalardır. Qəlpəli-fuqas aviasiya bombalarının ən kiçiyi 25, ən böyüyü isə 500 kq-dır.
Həmçinin bunlar sərbəst düşən və idarəolunan aviasiya bombalarıdır. Onların arasında 100 və 250 kiloqramlıq bombalarla yanaşı, betondələn aviasiya bombaları da var. Aviasiya bombalarının atılan hündürlükdən asılı olaraq dağıdıcı məsafəsi də dəyişir.
Ən diqqət çəkən “QFAB-100SAB” qəlpəli-fuqaslı süzən aviasiya bombasıdır.
Mənbə:> Virtualaz.org