Poqosyan Rusiya aviasiyasını necə məhv etdi?
Əvvəllər Rusiyanın aviasiya sənayesi olsa da, indi bunu görmək mümkün deyil.
Axar.az xəbər verir ki, bunu “Vesti FM”-ə müsahibəsində politoloq Sergey Mixeyev söyləyib. Onun sözlərinə görə, hazırda bu sahəyə görə ölkədə heç kim cavabdeh deyil:
“İndi bizdə təkcə Sənaye Nazirliyi var. Onlar Mixail Poqosyanı (“Suxoy” şirkənin keçmiş baş direktoru) ortaya atdılar, amma bildilər ki, bu insan əlini vurduğu hər şeyi məhv edir. Yalnız bir istiqamət var idi. Bu, “Superjet-100”-ün maliyyələşdirilməsi idi. Bəs biz nəyə nail olduq? Biz 80%-i “Eyrbas” və “Boinq”in hissələrindən ibarət olan təyyarə aldıq. İndi bizə hansısa embarqo elan etsələr, nə baş verəcək? Siz nə tez “Dobrolet”i unutdunuz?”
Mənbə:> Axar.az