“NATO-ya cavab verəcək səviyyədə deyilik”
Rusiya və NATO münasibətlərinin kəskinləşməsi bundan sonra da davam edəcək.
Axar.az xəbər verir ki, bunu Litva mətbuatına açıqlamasında rusiyalı politoloq Stanislav Belkovski söyləyib. Onun sözlərinə görə, bu kəşkinləşmə sonda müharibəyə səbəb olmayacaq:
“Rusiya NATO-nu qorxutmaq istəyirdi və bunu da bacardı. Rusiya NATO-ya cavab vermək iqtidarında deyil. Ona görə ki, Rusiyanın hərbi-sənaye kompleksinin inkişaf etməsi haqqında söylənilənlər yalnız şişirtmələrdir. Bu silahların hamısı sovetlərdən qalıb”.
Mənbə:> Axar.az