Rusiya: NATO baş katibinin açıqlaması axmaqlıqdır
Suriya xalqı Rusiyanın əməliyyatları sayəsində terrora qalib gələcəklərinə inanır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov NATO Baş katibi Yens Stoltenberqin iddiasına cavab olaraq deyib.
O, Stoltenberqin “Rusiya Suriyada gərginliyi artırır” fikrini axmaqlıq kimi dəyərləndirib:
“Rusiya Hərbi Hava Qüvvələrinin əməliyyatları sayəsində Suriya xalqı bir neçə ay ərzində terrorçuları məğlub edəcəklərinə inandı. Dolayısı ilə xalq Suriyanın gələcəyini düşünməyə başladı. Stoltenberqin Rusiyanın Suriyadakı əməliyyatları nəticəsində vəziyyətin gərginləşməsi ilə bağlı iddiaları sadəcə axmaqlıqdır”.
Konaşenkov onu qeyd edib ki, Suriyadakı böhranın əsas səbəbi NATO ölkələrinin düşüncəsiz fəaliyyətidir.
Mənbə:> Axar.az