Azərbaycanlı tankçılar Rusiyada birinci oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Dünya

Azərbaycanlı tankçılar Rusiyada birinci oldu – FOTO + VİDEO

Azərbaycanlı tankçılar Rusiyada birinci oldu


Tank biatlonu üzrə yarışların final mərhələsi avqustun 13-ü keçiriləcək.

Rusiyada keçirilən “Tank Biatlonu” yarışlarında Azərbaycan hərbçiləri öz qrupunda ən yaxşı nəticə göstərərək birinci yer tutub.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ümumilikdə yarışda 17 ölkədən 51 tank heyəti iştirak edir.

Məlumata əsasən, yarış iştirakçıları Rusiya tərəfindən onlara təqdim olunan “Т-72B3” tanklarında yarışırlar.

Bazar günü keçirilən müsabiqənin ikinci günündə Azərbaycan, Anqola, Belarus, Venesuela, Zimbabve, Qırğızıstan və Tacikistan tank heyətləri fərdi ustalıqlarını nümayiş etdiriblər.

Yarışda Azərbaycanı Məftun İbrahimov, Rəşad Atakişiyev və Umar Ömərov təmsil edir. Məlumata görə, onlar yarışların bu mərhələsində ən yaxşı nəticə əldə edərək, birinci yerin sahibi oldular.

Tank biatlonu tank ekipajları arasında sürücülük ustalığı və tankın silahlanmasında olan atəş vasitələrində dəqiq atışma üzrə yarışmadır.

“Fərdi sürücülük” mərhələsinin tələblərinə əsasən, hər tank heyəti uzunluğu 5 km. olmaqla 3 dairə keçməli, tankın topundan, zenit və qoşa pulemyotlardan atəş açmalıdır. Hər dairədə tanklar maneə və manevr sahələrini, çay və mina sahəsinin zəncirvarı keçidini, kurqan, alov zolağı, tankəleyhinə xəndəyi, eskarp və dağ ətəyi ərazilərdə yaradılmış müxtəlif maneələri dəf edirlər.

Hər atəş mərhələsində şərti düşmənin tank, helikopter və tankəleyhinə heyətlərinin hədəfləri məhv edilməlidir.

Tank heyətlərinin ümumi nəticələri cərimə balları da nəzərə alınmaqla məsafəni qətetmə vaxtı ilə birgə hesablanır. “Fərdi sürücülük” mərhələsinin nəticələrinə görə ən çox xal toplayan 12 komanda yarışların yarımfinalına çıxmaqla “Estafet” mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

Tank biatlonu NATO ölkələri arasında 1963-1991-ci illərdə keçirilib.

2013-cü ildən Rusiyanın təşəbbüsü ilə tank biatlonu yenidən beynəlxalq formatda Rusiyada keçirilir. İlkin olaraq tank biatlonunda Rusiya, Belarus, Qazaxıstan və Ermənistan komandaları iştirak edirdi. Növbəti illərdən iştirakçı ölkələrin sayı artır.

Qeyd edək ki, tank biatlonu üzrə yarışların final mərhələsi avqustun 13-ü keçiriləcək.
Azərbaycanlı tankçılar Rusiyada birinci oldu

Azərbaycanlı tankçılar Rusiyada birinci oldu

Azərbaycanlı tankçılar Rusiyada birinci oldu

Azərbaycanlı tankçılar Rusiyada birinci oldu

Azərbaycanlı tankçılar Rusiyada birinci oldu


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *