Azərbaycan tankçıları ermənilərlə yarışacaqlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Azərbaycan tankçıları ermənilərlə yarışacaqlar

Azərbaycan tankçıları ermənilərlə yarışacaqlar


Azərbaycan hərbçiləri “Tank biatlonu” üçün özlərinin trasını hazırlayıblar və gələn il hərbi beynəlxalq oyunlarda yarışlarda iştirak etmək niyyətindədirlər.

Oxu.Az “İntefaks”a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Hazırlıq İdarəsinin baş zabiti, polkovnik Sakit Verdiyev məlumat verib.

“Bu il biz “Tank biatlonu”nda müşahidəçi kimi iştirak edirik, lakin gələn ilə mütləq hazırlaşıb iştirak edəcəyik. Bütün elementləri öyrənirik, artıq Alabinodakı poliqondakı trasa bənzər tras yaratmışıq” – o deyib.

S.Verdiyevin sözlərinə görə, bu il “Tank biatlonu” üzrə Azərbaycan komandasının lazımi hazırlıq üçün vaxtı çatmayıb. Buna görə də iştirak gələn ilə keçirilib.

“Bizim və Rusiyanın tankları prinsipcə eynidirlər. Bu ilin qalan vaxtını və gələn ili biz gücləndirilmiş hərbi hazırlığa həsr edəcəyik. “Tank biatlonu”ndan təəssüratlar olduqca yaxşıdır”, - zabit qeyd edib.

Qeyd edək ki, hər il Rusiyada keçirilən “Tank biatlonu” yarışlarında Ermənistan tankçıları da iştirak edirlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *