Ərəblər Rusiyada tankı necə aşırdılar? – FOTO
“Alabino” (Rusiya) poliqonunda ənənəvi olaraq keçirilən tank biatlonuna hazırlıq zamanı Küveyt yığmasının Т-72B3 tankını aşırıblar.
Oxu.Az xəbər verir ki, 70 km/s sürət yığan tankın ekipajı məharətlərini nümayiş etdirmək qərarına gələrək tankı ani döndərmək istəyiblər (drift-red.).
Amma ərəb tankçıları Т-72B3-ün idarəetməsini itiriblər və hərbi maşın yana aşıb.
Qəza nəticəsində xəsarət alan olmayıb, tankın özü də ciddi zədələnməyib, kiçik təmir işlərindən sonra yarışlarda iştirakına yenidən davam edəcək.
“Tank biatlonu-2015” avqustun 1-dən 15-nə kimi Moskva vilayətinin “Alabino” təlim mərkəzində keçiriləcək. 13 dövlətin Silahlı Qüvvələrinin tank ekipajlarının iştirak edəcəyi yarışlarda Tacikistan və Nikaraqua hərbçiləri ilk dəfə olaraq iştirak edəcəklər.
Mənbə:> Oxu.Az