Maşın tankın altına girdi, 18 yaşlı qadın sürücü sağ qaldı
Almaniyada tankın iştirakı ilə yol-nəqliyyat hadisəsi vaş verib.
Musavat.com xəbər verir ki, məlumatı "The Local" yayıb.
Tank Böyük Britaniya silahlı qüvvələrinə məxsus olub və Almaniya ərazisindəki bazanın yaxınlığında təlim keçirmiş.
Yolda 18 yaşlı qızın sükanı arxasında olduğu "Toyota" markalı avtomobil tankın tırtılları altına girib. Əsgərlər xəsarət alan sürücünü avtomobildən çıxarıblar.
Polis belə qənaətə gəlib ki, hadisəyə görə zərərçəkən məsuliyyət daşıyır. Belə ki, o, yol hərəkəti qaydalarını pozub.
Mənbə:> Musavat.com