Tank əleyhinə bölmələrin intensiv təlimləri keçirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Tank əleyhinə bölmələrin intensiv təlimləri keçirilir – FOTO

Tank əleyhinə bölmələrin intensiv təlimləri keçirilir


Qoşunların döyüş hazırlığı planına əsasən təlim mərkəzilərində tank əleyhinə bölmələrin şəxsi heyətinin intensiv hazırlığı həyata keçirilir.

Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bölmələrin sərəncamında olan mövcud silahlarla yanaşı tank əleyhinə idarə olunan raket komplekslərindən döyüş atışları hazırlığı üzrə taktiki məşqlər aparılır.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əsas diqqətin tank əleyhinə bölmələrin şəxsi heyətinin döyüş hazırlığı, qarşılıqlı fəaliyyəti, mənəvi-psixoloji vəziyyəti, zirehli texnikaya qarşı mübarizə üsullarının aparılması məsələlərinə yönəldilməsini tələb edib.

Təlimlərə cəlb olunan şəxsi heyətin nəzəri, praktiki və psixoloji hazırlığı yoxlanılır, düşmənin zirehli texnikasının zəif yerləri, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qarşıya qoyulan vəzifələrin icra olunması səviyyəsi öyrənilir.

Tank əleyhinə bölmələrin intensiv təlimləri keçirilir
Tank əleyhinə bölmələrin intensiv təlimləri keçirilir
Tank əleyhinə bölmələrin intensiv təlimləri keçirilir
Tank əleyhinə bölmələrin intensiv təlimləri keçirilir
Tank əleyhinə bölmələrin intensiv təlimləri keçirilir
Tank əleyhinə bölmələrin intensiv təlimləri keçirilir

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *