Manat üzərinə təzyiq davam edir
Dövlət istiqrazı hərracının nəticələri açıqlanıb.
“26 iyul 2016-ci il tarixdə Maliyyə Nazirliyi tərəfindən 182 və 364 günlük olmaqla cəmi 25 milyon manat həcmində istiqrazlar hərraca çıxarılıb.
Hərraca çıxarılan istiqrazlara 32 milyon manat sifariş olunub və investorların illik gəlirlilik tələbi 6 və 27% aralığında olub. Maliyyə Nazirliyi isə sadəcə 182 günlük istiqrazların illik gəlirliliyi 11%-ə qədər olan hissəsini, yəni 4800000 manatliq hissəsini təmin edib”.
Oxu.Az-ın məlumatına görə, bu barədə kapital bazarları üzrə ekspert Cəfər İbrahimli bildirib.
Nəzərə alaq ki, emitent tərəfindən daha əvvəlki hərraclarda 17-20% həcmində olan gəlirlilik təmin edilmişdi. Nəticələrə görə:
- Maliyyə Nazirliyi vəsaitə ehtiyacı azalıb;
- Emitentə görə tələb olunan gəlirliliklər çox yüksəkdir;
- investorların gəlirlilik tələbini artırmaları və əvvəlki hərraclara görə sifarişlərin həcminin azalması manat üzərinə təzyiqin davam etməsi qənaətində olduqlarını deməyə əsas verir.
Mənbə:> Oxu.az