“Kalaşnikov” geyim və aksessuarların buraxılışı barədə düşünür » AzNews.info -Xəbər portalı

“Kalaşnikov” geyim və aksessuarların buraxılışı barədə düşünür

“Kalaşnikov” geyim və aksessuarların buraxılışı barədə düşünür


“Kalaşnikov” konserni şəxsi geyim və aksessuarlar istehsalı xəttini işə salmaq qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin marketinq üzrə direktoru Vladimir Dmitriev “İsvestiya” qəzetinə verdiyi müsahibəsində bildirib.

İlin sonuna qədər Rusiya şəhərlərində şirkətin 60 mağazası açılacaq, həmin mağazaların piştaxtalarında konsernin ənənəvi silah məhsulları ilə yanaşı, “Kalaşnikov” markalı feşn-mallar da təqdim ediləcək.

Geyim və aksessuar xəttinin təqdimatı sentyabrda “Armiya-2016” forumunda Moskvaətrafı Kubinkada keçiriləcək.

Brendi maksimal şəkildə populyarlaşdırmağa çalışan “Kalaşnikov” tək deyil. Belə ki, zirehli texnika istehsalçısı “Uralvaqonzavod” 2014-cü ildə hərb üslubunda qısaqol köynəklərin, jilet və çəkmələrin, idman çantaları və digər suvenir məhsulların satıldığı mağaza açıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *