Müharibə başladı – VİDEO
Rusiyanın 30 tank və zirehli texnikadan ibarət hərbi qüvvələri Taqanroq istiqamətindən Ukrayna sərhədini keçərək, ölkənin 8 kilometr içərilərinə doğru irəliləyib.
ANS PRESS-in məlumatına görə, işğalçılar ələ keçirdikləri ərazilərdə 3 tank və 2 BTR-dən ibarət blok-postlar qurur. Yerli əhaliyə onları dəstəkləmək üçün müəyyən vədlər verirlər və bildirirlər ki, qarşıdakı vaxtlarda onların öz respublikaları olacaq.
Bu arada məlum olub ki, Ukrayna Ali Radasının spikeri Aleksandr Turçinov ölkə prezidenti Pyotr Poroşenkodan təcili olaraq hərbi şuranın iclasını çağırmağı tələb edib.
Ukrayna hərbçiləri bundan çox narahatdırlar və əlavə kömək gəlməsə vəziyyət daha da gərginləşəcək, Mariupol və digər şəhərlərə ciddi təhlükələr yaranacaq.
Mənbə:> ANSPRESS