Qələbə paradı üçün texnika Moskvaya gətirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Tarix, Dünya, Video

Qələbə paradı üçün texnika Moskvaya gətirildi – VİDEO

Qələbə paradı üçün texnika Moskvaya gətirildi


Aprelin 22-də axşam saatlarında mayın 9-da Qırmızı meydanda Qələbə paradında iştirak edəcək hərbi texnikanın bir hissəsi Moskvaya gətirilib.

Oxu.Az xəbər verir ki, Layfın müxbirləri “Kornet” tank əleyhinə raket kompleksi ilə modernizasiya edilmiş “Tiqr” zirehli maşınını, “S-300” komplekslərini, eləcə də xüsusilə HDQ üçün hazırlanmış “Rakuşka” zirehli maşını görə biliblər.

Bundan başqa, Moskvaya “Armat” bazasında hazırlanmış bir neçə tank da gətirilib.

Qalan tanklar Moskvaya bir qədər gec gətiriləcək. Onlar çoxtonluq texnika üçün xüsusi platformaları olan qatarlarda gətiriləcək.

Bu il Qələbə paradında ilk dəfə qadın bölüyü və hərbi kosmik qüvvələrin bölüyü iştirak edəcək. Ümumilikdə Qırmızı meydanda mayın 9-da on min adam, 200 ədəd hərbi texnika keçəcək, paytaxtın səmasına 70 təyyarə qalxacaq.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *