Su-24 təyyarəsinin komandirinin cəsədi Moskvaya gətirildi – VİDEO+FOTO
Suriya üzərində vurulan Su-24 təyyarəsinin komandiri Oleq Peşkovun cəsədi olan hərbi təyyarə Podmoskovyedə Çkalovski aerodromunda yerə enib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiyanın hava məkanında uçuş zamanı təyyarəni qırıcıların eskortu müşayiət edib. Suriya üzərində vurulan Su-24 təyyarəsinin komandiri, podpolkovnik Oleq Peşkovun cəsədi olan hərbi təyyarəni Çkalovski aerodromunda Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu, Rusiyanın Hava-kosmik qüvvələrinin komandanı general-polkovnik Viktor Bondarev qarşılayıb”, - məlumatda deyilir.
Xatırladaq ki, Türkiyə HHQ noyabrın 24-də Suriyada terror əleyhinə əməliyyatı həyata keçirən Rusiyanın Su-24 təyyarəsini vurub. Hər iki təyyarəçi katapulta edib, Peşkov yerdən açılan atəş nəticəsində həlak olub.
Mənbə:> Oxu.Az