Sabah Rusiya qələbəni qeyd edəcək
İkinci dünya müharibəsində qələbənin 70-ci yubileyi sabah Moskvada - Qızıl meydanda hərbi paradla qeyd ediləcək. Parada qatılmaq üçün xarici dövlətlərin liderləri Rusiyaya gəlir. Artıq Misir, Qazaxıstan, Tacikistan və Özbəkistan liderlərini gətirən təyyarələr də Moskva hava limanında yerə enib.
30-a yaxın dövlət başçısı, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev paradda iştirak edəcək. Lakin Rusiyanın bu möhtəşəm bayramına qatılmaqdan imtina edən dövlət liderləri də az deyil. Qərb liderlərinin əksəriyyəti qələbə gününü qeyd etmək üçün Moskvaya getməyəcəklərini bəyan ediblər.
Azərbaycan prezidenti İlham Əliyevin də aralarında olduğu 30-a yaxın dövlət başçısı bu mərasimdə iştirak edəcək. Ancaq Rusiyanın bu möhtəşəm bayramına qatılmaqdan imtina edən dövlət liderləri də az deyil.
Sabah səhər saatlarında Qızıl meydanda baş tutacaq hərbi paradı Rusiyanın 163 regionu və 40 ölkəni təmsil edən qonaqlar canlı olaraq izləyəcək.
Mərasimdə iştirak edəcək ölkələr arasında Azərbaycanda daxil olmaqla MDB ölkələri, o cümlədən Çin, Hindistan, Cənubi Afrika, Venesuela, Kuba kimi dövlətlərin başçıları var.
Baltikyanı ölkələr, eləcə də Amerika Birləşmiş Ştatları, İsrail, İngiltərə,Yaponiya, Polşa və Türkiyə prezidentləri isə 9 May paradında iştirak etməkdən imtina edib.
Almaniya kansleri Angela Merkel və Belarus prezidenti Aleksandr Lukaşenko da Moskvaya gələcəklərini bəyan etsələr də, öz iş qrafikləri səbəbindən hərbi paradda iştirak etməyəcəklərini bildiriblər.
Rus politoloq Sergey Mixeyev bəzi dövlət liderlərinin paradda iştirak etməməsinin səbəbinin daha çox Birləşmiş Ştatların onlara göstərdiyi təzyiqdən qaynaqlandığını deyir:
“Qərb liderlərinin bu paradda iştirak etməməsi üzücü olsa da, bu bizim üçün çox da qorxunc bir durum deyil. Biz bu qələbəni onsuz da onların iştirakı olmadan əldə etmişik və paradı da onlarsız qeyd edəcəyik. Bizim üçün önəmli olan budur ki, Azərbaycan prezidenti ilham Əliyev kimi bizimlə dost olan dövlət liderləri sabah burada olacaq. Çünki faşizmə qarşı qələbəni də bizim xalqlarımız birlikdə canından keçərək əldə ediblər”.
Hərbi paradın başlamasını gözləyən Qızıl meydana artıq giriş-çıxışlar bağlanıb. Paytaxtda isə bayram əhval-ruhiyyəsi hiss olunur.
Rusiya ilə Qərb arasındakı siyasi gərginlik 9 Mayda Qızıl meydanda keçiriləcək hərbi parada da təsirsiz ötüşmədi. Başda Birləşmiş Ştatlar olmaq üzrə bəzi Qərb dövlətinin lideri Rusiyanı bu paradda təkbaşına qoymağı qərar verdi. Buna görə bayram əhvalını pozmamağa çalışan Moskva isə bəzi liderlərin hərbi paradda iştirak edəcək olmamasının faşizm üzərində gələbənin əhəmiyyətini azaltmayacağını beyan edir.
Qızıl meydanda keçiriləcək hərbi paradda aralarında Azərbaycan hərbçilərinin də olduğu 16 min hərbçi və 200-dən çox hərbi texnika iştirak edəcək.
Mənbə:> ANSPRESS