Çex prezident Putinə "atdı"
Çexiya prezidenti Miloş Zeman mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak etmək niyyətində olmadığını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, onu bu qərardan vaz keçməyə vadar edən həm ölkəsində, həm də Rusiya və Qərb arasında yaşanan gərginlik fonunda Avropadan güclü təzyiqə məruz qalması olub.
Prezidentin mətbuat katibi Yirjı Ovçaçek bildirib ki, M.Zeman may ayında Moskvaya gedəcək, amma Qələbə bayramının 70 illiyi yubileyinə qatılmayacaq. Onun parad zamanı Slovakiyanın baş naziri Robert Fiso ilə ikitərəfli danışıqları planlaşdırılıb.
"The Wall Street Journal" yazır: "M.Zeman çex siyasətçilərinin və qərb diplomatlarının güclü təzyiqinə məruz qaldı. Onun Putinlə birlikdə hərbi paradı müşahidə edərkən Kim Çen İnin də orada olacağı bizim üçün bağışlanılmazdır. Digər tərəfdən, Ukraynada böhrana görə Qərbin və Rusiyanın arasında baş verən gərginlik çex liderinin Moskvada parad izləməsinə əsas yaratmır."
Slovakiya hökuməti Baş nazir Robert Fisonun Moskvaya gedəcəyini təsdiləməyib.
Xatırladaq ki, bu il martın 9-da Çex Respublikasının prezidenti Miloş Zeman Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə keçiriləcək bayram mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyini bildirib.
Mənbə:> ANSPRESS