Çexiya prezidenti Obamanın qarşısında ultimatum qoydu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

Çexiya prezidenti Obamanın qarşısında ultimatum qoydu

Çexiya prezidenti Obamanın qarşısında ultimatum qoydu


Çexiya prezidenti Miloş Zeman ABŞ-ın Praqadakı səfiri Endryu Şapiro ilə yalnız ABŞ prezidenti Barak Obama Çexiyanın Vaşinqtondakı səfiri Pyotr Qandaloviçi qəbul etdikdən sonra görüşəcək.

AzNews.info APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın “İmpuls” radiostansiyasına müsahibəsində prezident administrasiyasının xarici siyasət departamentinin müdiri Ginek Kmoniçek bildirib.

“Praqada olan hər hansı digər səfirlərdə olduğu kimi, səfir Şapironun həqiqətən böyük və mühüm səbəbi olmalıdır ki, Çexiya prezidenti onu rəsmi, tet-a-tet, qəbul etsin”, deyə Kmoniçek qeyd edib.

O hazırda belə bir səbəbin olmadığını qeyd edib: “Lakin əgər sabah Obama səfir Qandaloviçi qəbul edərsə, prezident Zeman da, bundan sonra, səfir Şapiro ilə görüşə bilər”.

Qeyd edək ki, bundan əvvəl Miloş Zeman ABŞ səfiri Şapironun onun Moskvaya faşizm üzərində qələbənin 70 illiyinə həsr olunan tədbirə qatılmaq qərarını tənqid etməsinə sərt reaksiya verib: “Mən Çexiyanın Vaşinqtondakı səfirinin ABŞ prezidentinə hara səfər etməsini tövsiyə etməsini təsəvvür edə bilmirəm. Mən heç bir səfirə xarici səfərlərimlə bağlı öz məsləhətləri ilə müdaxilə etməyə yol vermərəm. Düşünürəm ki, mənim bu bəyanatımdan sonra prezident sarayının qapıları səfir Şapironun üzünə açılmayacaq”, deyə o qeyd edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *