İran Rusiyadan 8 milyardlıq silah alır
İran 8 milyard dollar dəyərində Rusiya istehsalı olan hərbi texnika və silah əldə etmək istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə “Komersant” məlumat yayıb.
Mənbənin sözlərinə görə, İranın müdafiə naziri Hüseyn Dehqanın Moskvaya bazar ertəsi başlamış səfəri Rusiyanın hərbi-texniki əməkdaşlıq sistemində bir sıra silah sazişlərini gözəçarpacaq dərəcədə irəliləyişlərə gətirib çıxaracaq.
Nəşrin məlumatına görə, Tehran artıq Moskvaya əldə etmək istədikləri hərbi texnika və silahların siyahısını göndərib, siyahı Rusiyanın Müdafiə Nazirliyində, hökumətdə və Kremldə nəzərdən keçirilir.
“Komersant”ın həmsöhbətlərindən birinin sözlərinə görə, söhbət məbləği 8 milyard dollardan az olmayan müqavilədən gedir.
Qeyd edək ki, İranın müdafiə naziri Dehqan bazar ertəsi Moskvaya səfərə gəlib. Onu Müdafiə Nazirliyinin yüksək vəzifəli nüamyəndələrində ibarət heyət müşayiət edir.
Mənbə:> Oxu.Az