Dünyanın ən güclü dörd ordusu
ABŞ yenə də dünyanın ən güclü ordusudur.
Axar.az xəbər verir ki, bu sözlər Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutunun hesabatında yer alıb. Maddi təminat baxımından Vaşinqtondan sonrakı yeri 215 milyard dollarlıq büdcə ilə Çin tutur.
Ən maraqlı məqam isə üçüncü yerlə bağlıdır. Bu il dünyada orduya ayrılan xərclərə görə üçüncü yerə Səudiyyə Ərəbistanı yüksəlib. O öz ordusu üçün 87,2 milyard dollar ayırıb.
Dördüncü yer 66,4 milyard dollarlıq xərclə Rusiyaya aiddir.
Təşkilat keçən il bütün dünya üzrə hərbi xərclərin miqdarının 1,7 trilyon dollar olduğunu bildirib. Bu isə 2014-cü ildəki rəqəmdən 1% çoxdur.
Mənbə:> Axar.az