Neft şirkətləri üçün şok hesabat » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neft şirkətləri üçün şok hesabat

Neft şirkətləri üçün şok hesabat


Qlobal istiləşmə ilə mübarizə neft və qaz üzrə ixtisaslaşan şirkətlərə 2,2 trilyon ziyan vuracaq.

Axar.az xəbər verir ki, bu sözlər “Karbon Traker İnşiyativ” təşkilatının hesabatında yer alıb. Təşkilat Parisdə BMT-nin iqlimlə bağlı sammitində temperaturun 2 dərəcədən yuxarı qalxmasının qarşısının alınması ilə əlaqədar razılıq əldə olunduqdan sonra neft şirkətlərinin bu itkiylə üz-üzə qalacaqlarını bildirib.

Hesabata əsasən, hazırda gələcək üçün perspektivi olmayan proyektlərə ən çox sərmayəni ABŞ (412 milyard dollar) yatırıb. Sonrakı yerləri isə Kanada (220 milyard dollar), Çin (179 milyard dollar), Rusiya (147 milyard dollar), Avstraliya (103 milyard dollar) tutur. Bundan başqa, hazırda yeni proyektlər üçün 1,3 trilyon dollar dəyərində investisiya artıq özünü doğrultmur. Eyni situasiya həmçinin qaz və kömür sahəsində də özünü göstərir. Qaz sahəsindəki 532 milyard, kömür sahəsində isə 219 milyard dollarlıq investisiya investorlar üçün heç bir nəticə verməyəcək.

Təşkilat həmçinin yaxın zamanlarda dünyanın yeni daş kömür şaxtalarına ehtiyacı olmayacağını bildirib. Qaz da investorların gösləntilərini puça çıxaracaq. Neftə olan tələbat isə 2020-ci ildə pik nöqtəsinə çatacaq.

Təşkilatın rəhbəri Ceyms Liton “Blumberq” agentliyinə açıqlamasında dünyadakı neft və qaz şirkətlərinin böyük itkilər verəcəyini bildirib:

“Çox az enerji şirkətləri hasilata investisiyanın yatırılmasını azaldıb, atmosferə qaz atılmasını aşağı salmağı başa düşür. Alternativ mənbələr artıq ənənəvi enerji mənbələrinə olan tələbatı azaldır. Bu trenddən imtina edilməsi konservativ enerji şirkətlərinin səhmdarlarına zərbə olacaq”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *