Dini liderlər Rusiya qarşı cihada çağırdılar
Səudiyyə Ərəbistanının 50-dən çox dini lideri ərəb ölkələrini Rusiya, İran və Suriya hökümətinə qarşı cihada çağırıblar.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, onlar müsəlman ölkələrini “Suriyanın müqəddəs döyüşçülərinə” “mənəvi, maddi, siyasi və hərbi” dəstək verməyə çağırıblar.
Ərəb dini liderləri Rusiyanın Suriyadakı əməliyyatını Sovet ordusunun Əfqanıstandakı əməliyyatı ilə müqayisə edərək bu müdaxiləni “pravoslav səlib yürüşü”nün bir hissəsi adlandırıblar.
Mənbə:> Oxu.Az