Hərbçilərimiz “Eternity-2015” Komanda Qərargah təlimində iştirak edəcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Təhsil

Hərbçilərimiz “Eternity-2015” Komanda Qərargah təlimində iştirak edəcəklər

Hərbçilərimiz “Eternity-2015” Komanda Qərargah təlimində iştirak edəcəklər


Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 4-dən 9-dək Helsinki şəhərində (Finlandiya) Beynəlxalq Dil Koordinasiyası bürosunun “Peşəkarlıq səviyyəsinin artırılması” mövzusunda seminar, oktyabrın 5-dən 9-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə “Eternity-2015” Komanda Qərargah təlimi, oktyabrın 5-dən noyabrın 27-dək Buxarest şəhərində (Rumıniya) intensiv ingilis dili kursu, oktyabrın 6-dan noyabrın 8-dək Tbilisi şəhərində (Gürcüstan) Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin üçtərəfli əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi üzrə Koordinasiya Qrupunun toplantısı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *