Azərbaycan “Gecə ovçuları” ilə maraqlanır – VİDEO+FOTO
Rusiyada MAKS-2015 aviasalonunda iştirak edən Azərbaycan hərbçiləri “Gecə ovçusu” Mi-28 helikopterinə maraq göstəriblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti yazır.
Qəzetin həmsöhbəti qeyd edir ki, Azərbaycan hərbçiləri Mi-28 zərbə helikopterinə maraq göstəriblər.
“Bakı tərəfindən maşınlara həqiqətən maraq göstərilir, baxmayaraq ki, bu ölkəyə daha öncə 24 ədəd əvvəlki nəsil Mi-28 zərbə helikopteri çatdırılmışdı. Amma yaxın günlərdə müqavilənin bağlanacağını demək tezdir”,- sərginin daha bir eksponent-müəssisənin nümayəndəsi deyib.
Qeyd edək ki, Mi-28H “Gecə ovçusu” (NATO kodlaşdırması üzrə: Navos – “viranedici”) – “Rusiya helikopterləri” holdinqinin istehsalı olan, fəal atəş qarşıdurması şərtlərində tankların və digər zirehli texnikanın, eləcə də düşmənin kiçik sürətli hava hədəflərinin və canlı qüvvələrinin axtarışı və məhv edilməsi üçün nəzərdə tutulmuş Sovet və Rusiya zərbə helikopteridir.
Mənbə:> Oxu.Az