Ordumuzun erməniləri qorxudan silahları – FOTO
Rusiyanın Azərbaycana hücum silahları satması Ermənistanı narahat edir.
Bunu Rusiyanın “Eksport Voorujeni” jurnalına müsahibəsində Ermənistan müdafiə nazirinin müavini, general-leytenant Alik Mirzəbekyan bildirib.
Nazir müavini bildirib ki, Rusiyanın Azərbaycana satdığı “Smerç” reaktiv yaylım atəş sistemi,
TOS-1A ağır odatanları, T-90 tankları, və MTU-90 özüyeriyən körpülər hücum silahlarıdır:
“Döyüşdən danışarkən, belə bir anlayış da var. Hücum və əks-hücum məsələsi... Burada ən vacibi isə düşmənin müdafiə xəttinin yarılması üçün əməliyyatlarda istifadə olunan silahlardır. Rusiyanın Azərbaycana satdığı silahlar məhz yuxarıda qeyd olunan təyinatlıdır”.
“Minatəmizləmə maşınları, körpülər, tanklar, odatanlar - bu texnikalar, hansı ki hücum məsələlərini həll edə bilər, məqsədyönlü şəkildə satılıb. Bunlar narahatlığımıza səbəb olur. Hazırda bununla bağlı danışıqlarımız gedir. S-300 zenit-raket komplekslərinə gəlincə, heç kəs bu haqda danışmır. Biz bilirik ki, onlar (Azərbaycan) Avropada Adi Silahlara dair Müqavilədən çıxdı, bu bizi çox narahat edir”, - deyə Mirzəbekyan bildirib. / AzeriDefence
Ermənistan prezidenti Serj Sarkisyan bu ilin mart ayında da buna bənzər açıqlama vermişdi.
"Bizi narahat edən məsələ Rusiyanın Azərbaycana silah satmasıdır. Bunun nəticəsində əsgərlərimiz başa düşür ki, Azərbaycan və Ermənistanın təmas xəttində onları Rusiya silahları ilə öldürmək istəyirlər", deyə Sarkisyan bildirib.
Maraqlıdır ki, mart ayında Sarkisyan bu açıqlamanı verdikdən sonra cəbhə xəttində rməni hərbçilər tərəfindən təxribat törədilmişdi. Əsgərlərimizin sayıqlığı nəticəsində ermənilər xeyli itki verərək geri çəkilmişdi.
Ermənistan müdafiə nazirinin müavini, general-leytenant Alik Mirzəbekyanın eyni məzmunlu açıqlamasından sonra ermənilər yenidən təxribata əl atdılar. Bu dəfə də ermənilər ən azı 5 itki verərək geri çəkildi.
Mənbə:> ANSPRESS