Obama Afrikada nənəsi ilə şam etdi – VİDEO
ABŞ prezidenti Barak Obama atasının tarixi vətəni Keniyaya ikigünlük səfərə gəlib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, amerikalı lider dünən Nyrobi mehmanxanasında şam yeməyi zamanı bir sıra qohumları ilə görüşüb.
Böyük masa arxasında ABŞ prezidenti nənəsi Sara Obama, ögey bacısı Auma Obama ilə oturub.
Hamının Sara ana adlandırdığı nənəsi Barakı atasının ölkənin qərbində yerləşən Kogelo kəndində olan məzarını ziyarət etməyə çağırıb. Amma prezident həmin yaşayış məkanına getməyəcək. Nənəsi onun üçün Keniyanın ənənəvi balıq, toyuq və qarğıdalı sıyığını bişirəcəyini söz verib. Sara Obamanın birbaşa qohumu deyil. Babasının üçüncü arvadı olmasına baxmayaraq Obama ona nənə deməyi xoşlayır.
Nayrobidə Obama sahibkarların qlobal sammitində iştirak edəcək.
Keniya prezidenti Uxuru Keniata bəyan edib ki, Obama ilə müzakirələrin əsas mövzusu təhlükəsizlik və ticarət olacaq. ABŞ Keniyaya Somali islam qruplaşması “Aş-Şabab” ilə mübarizədə yardım edir. “Terrorizm ilə mübarizə mərkəzi əsas məsələ olacaq. Biz Amerika idarələri ilə sıx əməkdaşlıq edirik”, - Keniata bildirib.
Bu, Ağ evin rəhbəri kimi Obamanın Afrikaya dördüncü, Keniyaya isə birinci səfəridir.
Keniyadan sonra Obama, Afrika İttifaqının qərargahının yerləşdiyi Efiopiyaya səfər edəcək.
Mənbə:> Oxu.Az