Obama atasının vətəninə səfərə gəlib
ABŞ prezidenti Barak Obama Ağ Evin rəhbəri olduğu müddətdə ilk dəfə olaraq atasının vətəni olan Keniyaya ikigünlük səfərə gəlib.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, Keniya rəhbəri Uxuru Keniata danışıqların əsas mövzusunun təhlükəsizlik və ticarət olacağını bildirib. ABŞ Somalinin “Əş Şəbab” qruplaşması ilə mübarizədə Keniyaya yardım göstərir.
Qeyd edək ki, Obama Nayrobiyə səfəri çərçivəsində Sahibkarların Qlobal Sammitində iştirak etmək və keniyalı qohumları ilə görüşmək niyyətindədir. Lakin ABŞ prezidenti atasının dəfn olunduğu Keniyanın Koqela kəndinə baş çəkməyəcək.
Barak Obamanın Keniyadan sonra Afrika İttifaqının mənzil-qərargahı yerləşən Efiopiyaya səfər edəcəyi gözlənilir.
Mənbə:> APA